🛒 Arduino, ESP32 və modullar

Arduino Kartları

Arduino kartları — Uno R3 (DIP və SMD), Nano V3, Mega 2560, Leonardo, Pro Mini və Pro Micro. Uno, Mega, Nano və Leonardo USB naqil ilə birlikdə gəlir, qutudan çıxan kimi proqramlamağa başlaya bilərsiniz.

Arduino Kartları — seçim bələdçisi

Bu kateqoriyada nə var

8 məhsul: Arduino UNO R3 SMD (CH340), Arduino Mega 2560 R3 (CH340), Arduino Pro Micro 5V/16MHz, Arduino Leonardo R3, Arduino Pro Mini 5V/16Mhz, Arduino Nano V3 (CH340), Arduino UNO R3 DIP, Arduino Mega 2560 Pro Mini.

Necə seçmək olar

  • Uno R3 DIP — ATmega328P çipi soketdədir, yanarsa dəyişmək olar; tədris və ilk layihələr üçün ən yaxşı seçim.
  • Uno R3 SMD — eyni kart, çip lehimlidir; bir az ucuzdur.
  • Nano V3 — Uno ilə eyni çip, 4 dəfə kiçik; breadboard-a birbaşa taxılır.
  • Mega 2560 — 54 rəqəmsal və 16 analoq pin, 256 KB yaddaş; böyük layihələr, 3D printer, çox sensorlu sistemlər.
  • Leonardo / Pro Micro — ATmega32u4, kompüterə klaviatura və ya siçan kimi görünə bilir.
  • Pro Mini — USB portu yoxdur, ən kiçik və ən ucuz; proqramlamaq üçün USB-TTL çevirici lazımdır.

Uyğunluq

Kartlar Arduino IDE ilə proqramlanır. CH340 çipli kartlar üçün Windows-da CH340 sürücüsü lazımdır — quraşdırma edu.embedded.az dərslərində göstərilib.

Sifariş və çatdırılma

Bütün məhsullar Bakıda stokdadır — qiymət və mövcudluq hər məhsulun səhifəsində canlı göstərilir. Sifarişi saytdan və ya mobil tətbiqdən verin; operator əlaqə saxlayıb ödəniş və Bakı daxili çatdırılmanı dəqiqləşdirir. Qoşulma sxemi və kod nümunələri üçün edu.embedded.az dərslərinə baxın.