🛒 Arduino, ESP32 və modullar

Sensor, Modul, Ekran

Arduino və ESP32 layihələri üçün sensor, modul və ekranlar — mağazanın ən böyük bölməsi. Temperatur, məsafə, hərəkət, qaz, işıq və nəbz sensorları; rele, RTC, SD kart, RFID və səs modulları; OLED, LCD və LED ekranlar. Hər məhsulun səhifəsində pin sxemi və Arduino kitabxanasının adı göstərilib.

Sensor, Modul, Ekran — seçim bələdçisi

Bu kateqoriyada nə var

79 məhsul: LDR İşıq Sensoru Modulu LM393, KY-001 Temperatur Sensoru Modulu (DS18B20), KY-006 Passiv Buzzer Modulu (Siqnal), KY-010 Yarıqlı İşıq Sensoru Modulu (PHOTO INTERRUPTER), Atmosfer Təzyiqi Sensoru (Altimeter) GY-BMP280, KY-004 Açar Modulu (Push Button), W25Q32 Xarici Yaddaş Modulu (Flash Memory), KY-022 Infraqırmızı Qəbuledici Modulu (Infrared Receiver) və s.

Necə seçmək olar

  • Nə ölçmək istəyirsiniz? Temperatur → DHT11/DHT22/DS18B20; məsafə → HC-SR04; hərəkət → PIR HC-SR501; hava → MQ-135; nəbz → MAX30102.
  • Nəyi idarə etmək istəyirsiniz? 220V cihaz → rele modulu; motor → sürücü modulu; səs → buzzer və ya DFPlayer.
  • Nəyi göstərmək istəyirsiniz? Kiçik və aydın → OLED 0.96"; mətn → 16x2 LCD (I2C çevirici ilə); rəqəm → TM1637.
  • Modulların əksəriyyəti 3 pinlidir (VCC, GND, siqnal) — jumper kabel ilə birbaşa qoşulur, lehim lazım deyil.

Uyğunluq

Bütün modullar Arduino Uno/Nano/Mega, ESP8266, ESP32 və Raspberry Pi ilə işləyir; 3.3V/5V fərqi məhsul səhifəsində qeyd olunub.

Sifariş və çatdırılma

Bütün məhsullar Bakıda stokdadır — qiymət və mövcudluq hər məhsulun səhifəsində canlı göstərilir. Sifarişi saytdan və ya mobil tətbiqdən verin; operator əlaqə saxlayıb ödəniş və Bakı daxili çatdırılmanı dəqiqləşdirir. Qoşulma sxemi və kod nümunələri üçün edu.embedded.az dərslərinə baxın.